İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Ağdam şəhəri ilə yanaşı, rayonun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinin tikintisi həyata keçirilir. Xıdırlıda 719, Sarıcalıda 203, Kəngərlidə isə 292 evin tikintisinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Kəngərli kəndində evlərin əksəriyyətində hörgü işləri tamamlanıb, hazırda dam örtüyünün vurulması və evlərin daxilində suvaq işləri davam edir. Tikintidə Ağdamın Şahbulaq yatağında istehsal olunan mişar daşlarından istifadə edilir. Yaxın zamanlarda məktəb, uşaq bağçası, rabitə qovşağı, tibb məntəqəsi, klub icma mərkəzi, inzibati mərkəzin tikintisinə başlanılacaq.
- Baxış: 105