• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 05.03.2024 19:49

Əminə Ərdoğan: COP29-un Azərbaycanda keçirilməsi sevindirici haldır

Türkiyənin birinci xanımı Əminə Ərdoğan iqlim böhranı ilə bağlı son dərəcə əhəmiyyətli konfrans olan COP29-un Azərbaycanda təşkilini sevindirici hal kimi qiymətləndirib. Əminə Ərdoğan paylaşımında qeyd edib ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev ilə görüşüb. "Türkiyə olaraq bir çox sahələrdə olduğu kimi COP29-da da qardaş Azərbaycana bütün imkanlarımız və təcrübəmizlə dəstək olmaqdan məmnun olarıq. Ümid edirəm ki, konfrans Azərbaycana və bütün dünyaya fayda verəcək",- deyə Əminə Ərdoğan vurğulayıb.