KepezTV Player
Gəncədə 5 mart - Bədən tərbiyəsi və idman günü ilə əlaqədar olaraq ümumşəhər tədbiri təşkil edilib. Şəhərin baş meydanında reallaşan tədbirə Nizami yurdu ilə yanaşı, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə daxil olan şəhər və rayonları təmsil edən idmançı və məşqçilər də qatılıblar. Ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib, uşaq, yeniyetmə və gənclər bacarıqlarını göstəriblər. Sonda ötən il ərzində ölkə və beynəlxalq səviyyəli müxtəlif yarışlarda uğur qazanan idmançılar, eləcə də idman səhəsində fəaliyyətinə görə bir sıra məşqçilər təltif edilib.
Orxan Cəfərzadə
- Baxış: 216