Cənubi Amerikada tapılan qızıl heykəlciklər uçan aparatlara bənzəyir və buna inanmaq bir az çətindir. Bu fiqurların yaradılmasının prototipi məlum deyil. 1996-cı ildə, alman təyyarə modelçiləri, Alqund Enbom və Peter Beltinq, əsrarəngiz heyvanların heykəlcikləri şəklində, təyyarə modellərinin hipotezinin, yaşamaq hüququna malik olduğunu, praktikada sübut ediblər. Onlar kolumbiyalı qızıl təyyarənin dəqiq, 16 qat böyüdülmüş nüsxələrini yaradıblar. Və bu cəhd uğurlu alınıb. Onlar, havaya qalxmaq üçün, modellər, mühərriklər və radio idarə etmə sistemləri ilə təchiz olunmuşdu. Hazır olduqdan sonra iki model havaya qaldırıldı. Hətta onlar, təkcə havaya qalxmaqla qalmadı, həm də mükəmməl aerobatika ilə məşğul oldu, təyyarələrin mühərrikləri söndürüldükdə belə havada əla süzürdü.
Baobab ağacı ən çox Madaqaskarda yerləşir. Bu ağaclar əsrlər boyu insanlar tərəfindən qida, su, sığınacaq və dərman kimi istifadə edilib. Buna görə də "həyat ağacı" kimi tanınır. Ağaclar ev tikməkdə və anbar kimi istifadədə çox faydalıdır. Onun nəhəng gövdəsində digər ağaclarda gördüyümüz böyümə halqaları yoxdur, ona görə də onun yaşını yalnız radiokarbon təyini ilə ölçmək olar. Baobab ağaclarının 2000 ildən çox mövcud olduğu deyilir. Bu ağaca Madaqaskarda, eləcə də Afrika və Avstraliyada rast gəlinir.
Ən az baobab ağacı qədər maraqlı olan, Rafflesia Çiçəyi haqqında da danışmaq istəyirəm. Bu çiçək Malayziyadadır və dünyanın ən böyük çiçəyi olan Rafflesia, uzunluğu bir metr, çəkisi isə 9 kiloqrama çatan çox nadir bir çiçəkdir. Ölçüləri və görünüşü ilə qeyri-adi bir çiçək olsa da, əsl unikallığı yaşayış yerindədir. Parazit, Rafflesia, sağ qalmaq üçün adətən üzümlərə yapışır. O, Sinqapurdakı Britaniya koloniyasının banisi Ser Stamford Rafflesin şərəfinə belə adlandırılıb.
Elə başlayaq Fransada olan bu adətdən. Burada gəlin və bəy toyda, ailədə içində nəsildən-nəsilə ötürülən qabdan şərab içirlər. Uşaqlar əllərində lentlə bəy və gəlinin qabaqlarında dayanır, gəlin isə lentləri kəsir. Bu da qarşılaşacaqları bütün çətinlikləri aşa biləcəklərini göstərir.
Növbəti adət isə Yaponiyada olan maraqlı adətdir. Deməli, Yaponiya evlilik mərasimlərində “sakazuki-goto” adlı mərasim var, mənası da “üç, üç, doqquz” deməkdir. Gəlin və bəy üç ayrı qabdan üç qurtum sake içirlər. Qabların üçü də fərqli boylarda olur və içməyə kiçik olandan başlayırlar. Buddizmdəki 9 rəqəminin 3 qat xoşbətlik gətirdiyinə işarə edən inanca görə 3 qab və 3 qurtum bu mərasimdə əsasdır. Burada içilən sakelərin hamısı ləzzətli olmur, bu da onların həyatda həm yaxşı, həm də pis şeylər yaşaya biləcəyinə, cütlüyün bunların da öhdəsindən gəlməli olduqlarına işarə edir.
Məlumatıma İngiltərədə olan bir adətlə davam edirəm. Burada nikah mərasimindən əvvəl bəyin dostları, bəyin gözlərini bağlayaraq şəhər kənarında bir yerə aparıb orada qoyurlar. O isə bəy geyimində və pulu olmadan nikahın baş tutacağı kilsəyə vaxtında gedib çıxmalıdır.
Lalə Sadıqova
- Baxış: 2489