![](http://kepeztv.az/sites/default/files/styles/newsdetail/public/Qarabagoyun_4.jpg?itok=buFkS6NF)
UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Qarabağ" - "Bayer 04" matçı üçün Almaniyadan gələcək azarkeşlərə 400 bilet ayrılıb. Qarşıdakı oyuna bilet satışı isə davam edir. Ağdam klubundan verilən məlumata görə, böyük ehtimalla martın 6-na qədər bütün biletlər satılacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab görüşü bundan bir həftə sonra Leverkuzen şəhərində reallaşacaq.
- Baxış: 199