• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 941
— 02.03.2024 16:25

“Qarabağ”ın “Bayer 04”lə ev oyununa 27000 bilet satılıb

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyuna 27000 bilet satılıb. Bilet satışı hələ də davam edir. Məhdud sayda biletləri satış məntəqələrindən və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. Matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 40, 100 və 150 manat təşkil edir. Martın 7-də “Qarabağ” – “Bayer 04” görüşü saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə keçiriləcək.