KepezTV Player
Azərbaycan Premyer Liqasında XXV tura start verilib. Dünən günün yeganə oyunu Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası Mehdi Hüseynzadə adına stadionda “Kəpəz”i qəbul edib. Gəncə təmsilçisi gözlənilmədən ikinci pillədəki rəqibini məğlub edib. Qonaqların heyətində 20-ci dəqiqədə Vüsal Məsimov hesabı açıb, 62-ci dəqiqədə Mate Kvirkviya fərqi artırıb. "Gənclik şəhəri" təmsilçisi 80-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. İsa Suliman fərqlənib. 90+5-ci dəqiqədə isə "Kəpəz"dən Rüfət Əhmədov əla zərbə ilə yekun nəticəni təyin edib - 3:1. Qələbə sayəsində doqquzuncu pillədəki "sarı-göylər" xallarının sayını 26-ya yüksəldiblər. İkinci sırada qərarlaşan "Sumqayıt"ın hesabında 36 xal var. Turun digər oyunları martın 2-3-də keçiriləcək.
- Baxış: 141