• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1732
— 23.02.2024 10:03

Aşıq ədəbiyyatı

Millətimi saz anladar, saz anlar,

Saza baxsın tariximi yazanlar.

Bəli, şeirdən də göründüyü kimi bugünkü mövzumuz saz-söz sənəti olan aşıq ədəbiyyatıdır. Təsadüfi deyil ki, əsrlər keçdikcə cilalanaraq müasirliyə qovuşan aşıq sənəti folklorumuzun zənginliyinin təsdiqidir.

Kökləri ta qədim dövrlərə gedib çıxan aşıq sənəti vahid və ayrılmazdır. Bu sənətdə incəsənətin bir neçə növü birləşir: poeziya, rəqs, dram elementləri, bədahətən şeriyyət və musiqili improvizə. Bu cür rəngarəng bədii vasitələrlə silahlanmış və xüsusi istedada malik aşıq ifaçısı öz sənəti ilə çoxsaylı dinləyiciləri məftun edə bilər. Aşıqların ifası mahiyyətinə görə kiçik səhnədir və bu səhnədə musiqi, saz və aşıq vəhdət təşkil edirlər.

Məhəmməd İsmayılzadə: “Bir gün Tovuz rayonunun dağ kəndlərinin birində toyda, mənim qohumlarım saza olan marağımın qarşısında mənə cürə saz hədiyyə etdilər. Nəzərinizə çatdırım ki, sazın ən kiçik forması cürədir. Bunun nəticəsi olaraq da sazla məşğul olmağa başladım”.

Aşıqlar milli Azərbaycan bayramları və toylarının əvəzedilməz iştirakçıları olmuşlar. Onlar öz mahnılarını balaban və digər nəfəs alətlərinin müşayiəti ilə ifa edirdilər, lakin əsas musiqi aləti hər zaman qədim musiqi alətimiz olan sazdır. Qədim zamanlarda aşıqları ozan, varsaq, dədə adlandırırdılar. Onların tarixi keçmişi haqqında məlumatlar eposlarda, hekayətlərdə və mahnılarda qorunub saxlanaraq bu günümüzə qədər gəlib çatmışdır. Azərbaycan aşıqlarının ən qədim epik yaradıcılıq nümunəsi müasir aşıqlarının ulu babaları olan qədim ozanların  həyatına, sevgi və qəhrəmanlıqlarına həsr olunmuş VII əsrə aid edilən “Kitabi Dədə Qorqud” dastanıdır. Aşıq sənəti həmçinin bəstəkarların yaradıcılığına da təsir göstərmişdir. İlk dəfə aşıq musiqisinin xüsusiyyətləri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən “Koroğlu” operasında istifadə olunub.

Leyla Əliyeva

ƏTRAFLI...