• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 23.02.2024 10:00

Maraqlıdır

Bu ağac Namibiyanın cənubundakı Keetmanshoop əyalətindən 14 kilometr aralıda, Koes yolunda yerləşir. Bölgədəki 250-yə yaxın qıvrım ağac unikal təbii gözəllik yaradıb. Quiver Tree əslində bir ağac deyil, aloe adı bir koldur. Türk aloe bitkisi ilə eyni növdür. Diametri 1 metrə qədər uzana bilən bu ağaclar 9 metrə qədər böyüyə bilir. Ağacın zirvələri çəngəl şəklindədir. "Titrək" mənasını verən və San xalqının yerli dili ilə tanınan Quiver, yumşaq ağac əsrlərdir yay və ox istehsalında istifadə olunur. İçi boş olduğu üçün  ət, tərəvəz və su saxlamağa xidmət edir. Səhra bölgəsində bitən bu ağaclar yerli əhali üçün son dərəcə qiymətlidir. Cənubi Amerika və Namibiya hissələrində rast gəlmək mümkündür.

Bu ideal yuvarlaq formalı sirli daş birləşmələri, yalnız görünüşü ilə deyil, həm də anlaşılmaz mənşəyi ilə də maraqlıdı. Onları ilk dəfə, XX əsrin 30-cu illərində fəhlələr cəngəllikdə banan plantasiyalarını təmizləyərkən kəşf ediblər. Yerli əfsanələrdə sirli daş topların içərisində qızıl gizlədildiyi deyilirdi. Əhali bir çox daşları parçalayıb, bəzilərini  partladıblar. Amma daşların içi boş olub. Bu daşların kim tərəfindən və hansı məqsədlə yaradıldığı bilinmir. Göy cisimlərinin simvolu və ya fərqli tayfaların torpaqları arasındakı sərhədləri təyin etdiyini güman etmək olar.

Deməli, 52 yaşlı Budji Aamma fevralın 1-də öz evində baş vermiş yanğın nəticəsində ciddi yanıqlara məruz qalıb. O, bədəninin yarısında olan yanıqlarla görə xəstəxanaya çatdırılıb, lakin ağır vəziyyətdə evə qaytarılıb. Bir neçə gün keçməsinə baxmayaraq o, gözlərini açmayıb. Məlumat verilib ki, ailəsi onu ağır maddi vəziyyət səbəbindən başqa tibb müəssisəsinə çatdıra bilməyib. Ammanın əri Sibaram Palo hesab edib ki, o, dünyasını dəyişib, buna görə də onun kremasiya edilən yerə çatdırılmasını təşkil edib. Həkimlər onu ölü hesab edib. Lakin qadın dəfn mərasimindən öncə möcüzə nəticəsində ayılıb. Əri, "Biz onun öldüyünü hesab edirdik və yerli sakinlərə kremasiya edilməsi üçün katafalk təşkil etmək üçün məlumat verdik" deyib. Yolda yanında olan  qadın Aammanın gözlərini açdığını görüb. Katafalkın sürücüsü geriyə çağırılıb ki, qadın yarım saatdan sonra kremasiya yerindən götürüb elə həmin maşında evlərinə qaytarılsın.Hətta deyirlər ki, belə hallar ilk dəfə deyil ki, baş verir. Bundan öncə kremasiyaya aparılan kişi, maşın həmin yerə çatanda ayılıb.

Lalə Sadıqova

ƏTRAFLI...