• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2233
— 25.02.2024 20:23

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

 Bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb. Toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etməkdir. Təlim müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, onlardan düzgün istifadə qaydaları öyrədilib, həmçinin sıra, taktiki, hərbi tibbi və ixtisas hazırlıqlarından nəzəri və praktiki məşğələlər təşkil olunub. Qarşıya qoyulmuş fəaliyyətlər uğurla yerinə yetirilib.