• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 762
— 22.02.2024 11:14

Azyaşlı uşaqların marağının əyləncəli şəkildə dərsə yönləndirilməsi

Uşaqların "əla" və ya "zəif" qiymət almaq qorxusu ilə yox, öyrənmək həvəsi ilə oxumalarına nail olmaq gözəl bir xəyal kimi görünə bilər. Amma bu, xəyal olmaya da bilər. Əyləncəli anlayışları və maraq dairəsi azyaşlıların inkişafına necə təsir edir? Uşaqların dərs oxumaq həvəsinə daha çox nə təsir edir?

Gülnar Günəşli- uşaq baxçasının rəhbəri: "Bu gün ölkəmizdə təəssüf ki, belə bir problem var ki, uşaqlarımızın təhsilə və öyrənməyə marağı azalıb. Bununla yanaşı mənfi təsir göstərən digər amillər isə telefon, televizor, kompüter kimi texnoloji avadanlıqlara olan daha böyük həvəsdir. Bu zaman belə bir sual yaranır: anadan yeni doğulmuş bir uşaq onlarla necə tanış ola bilər? Onu biz valideynlər uşaqlarda aslılıq halına gətiririk. Ümumiyyətlə, uşaqları bu cür vərdişlərdən uzaq tutub, onlara faydalı olan oyunlarla, məsələn, zəkasını gücləndirən və onları həvəsləndirən oyunlar vasitəsilə təhsilə və yaxud da istədiyimiz hər bir şeyə həvəs yaratmaq mümkündür. Və bununla da, istəmədiyimiz və razı olmadığımız gələcəyi yaşamayacağıq. Uşaqlarımızı təhsil sahəsində həvəsləndirərək onların gələcəklərinin yaxşı olmağı da biz valideynlərin əlindədir. Ulu öndər Heydər Əliyevin bu haqda çox yaxşı bir sözü var: “Uşaqlar bizim gələcəyimizdir”. Bu gün biz onlara təhsil verəcəyik, sabah da onlar öz gələcəklərinə yaxşı gələcək verə biləcəklər".

Günay Əsgərova

ƏTRAFLI...