• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2036
— 22.02.2024 19:38

"Qalatasaray" bu gün "Sparta" ilə üz-üzə gələcək

"Qarabağ" - "Braqa" oyunundan sonra azərbaycanlı futbolsevərlərin diqqəti Praqaya yönələcək. Belə ki, Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununu keçirəcək. Okan Burukun baş məşqçisi olduğu komanda Çexiyada “Sparta”nın qonağı olacaq. Praqadakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında İstanbulda reallaşan ilk görüşdə "sarı-qırmızılar" qələbə qazanıb - 3:2.