• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2079
— 22.02.2024 08:53

"Hədəfimiz mərhələ adlamaqdır"

KepezTV Player

"Futbolçular ilk oyundan sonra paltardəyişmə otağında dedilər ki, hələ heç nə bitməyib, vəziyyəti xeyrimizə dəyişəcəyik". Bunu isə “Braqa” klubunun baş məşqçisi Artur Jorje cavab oyunu ilə bağlı mətbuat konfransında deyib. 52 yaşlı mütəxəssis Azərbaycan klubu barədə xoş fikirlər səsləndirsə də, səfərə qələbə dalınca gəldiklərini bildirib: “Çətin olsa da, durumu xeyrimizə dəyişməyə çalışacağıq. Fikrimcə, bu, mümkünsüz deyil. "Braqa"nın hər bir oyunçusu qələbə üçün vuruşmalıdır", - deyə Jorje qeyd edib. O, komandanın qarşısına yüksək tələb qoyduqlarını vurğulayıb. Qarşıda çox güclü rəqib olmasına baxmayaraq hədəflərinin mərhələ adlamaq olduğunu əlavə edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Komandaların Portuqaliyadakı ilk duelində Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.