• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1874
— 21.02.2024 09:00

UEFA Avropa Liqasından “Qarabağ”ın uğurları ilə bağlı paylaşım edib

KepezTV Player

UEFA Avropa Liqası “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanın “Qarabağ” futbol klubu ilə bağlı paylaşım edib. Paylaşımda “Qarabağ”ın öz meydanında keçirdiyi son 26 oyunda uğurlu çıxışı vurğulanıb. “Qarabağ” öz meydanında UEFA-nın bayrağı altında keçirdiyi son 26 oyununun yalnız 2-də məğlub olub”, - UEFA Avropa Liqasının paylaşımında qeyd edilib. “Qarabağ” fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında Portuqaliya təmsilçisi "Braqa"nı qəbul edəcək.