• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 715
— 21.02.2024 08:56

Avropa çempionatında üç qızıl medal qazanan ağırlıqqaldıran Vətənə dönüb

KepezTV Player

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa çempionatında üç qızıl medal qazanan Dadaş Dadaşbəyli Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançının qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Dadaş Dadaşbəyli toplam 388 kiloqram nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində Avropa çempionatında Əfqan Bayramov imza atıb.