KepezTV Player
Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir. Yarışın ikinci günündə Azərbaycan yığmasının 3 cüdoçusu finala yüksəlib. Hidayət Heydərov, Ömər Rəcəbli və Zelim Tçkayev bütün rəqiblərinə qalib gələrək, həlledici görüşdə iştirak hüququna yiyələniblər. Hidayət Heydərov yarımfinalda komanda yoldaşı Rəşid Məmmədəliyevi məğlub edib. Məmmədəliyev bürünc medal uğrunda mübarizəsini davam etdirəcək. Ömər Rəcəbli ilə Zelim Tçkayev isə finalda üz-üzə gələcək.
- Baxış: 117