Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti komando hərbi hissələrindən birində olublar. Baş Qərargah rəisi hərbi hissənin gündəlik fəaliyyəti, döyüş hazırlığının vəziyyəti və xidmət şəraiti ilə maraqlanıb. Kərim Vəliyev komandoların yüksək dağlıq ərazi və sərt qış şəraitində keçirilən döyüş və xüsusi hazırlığı üzrə praktiki məşqlərini izləyib.Təlim və məşqlərin intensivliyinin artırılmasının vacibliyi qeyd olunub.
Müdafiə nazirinin birinci müavini Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunmuş bir neçə hərbi hissədə olublar. Baş Qərargah rəisi səfərbərlik hazırlığı üzrə təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərin təminatı və keçirilən praktiki məşqlər ilə maraqlanıb, döyüş və atəş hazırlığını izləyib, onların təkmilləşdirilməsinə dair göstərişlər verib. Kərim Vəliyev səfərbərlik ehtiyatlarının cəlb olunması ilə təşkil edilmiş komanda-qərargah təliminin gedişi ilə də maraqlanıb. Təlimlərin keyfiyyətinin daha da artırılmasına dair hərbi hissələrin komandanlıqları qarşısında konkret tapşırıqlar qoyulub. Sonra Raket və Artilleriya Qoşunlarının hərbi hissələrində olan Baş Qərargah rəisi təlim və məşqlərin çöl şəraitində keçirilməsinin intensivliyinin artırılması, həmçinin döyüş heyətlərinin praktiki vərdişlərinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib. Kəlbəcər və Laçın istiqamətlərində dislokasiya olunmuş hərbi hissələrə baş çəkən general-polkovnik Kərim Vəliyevə görülən işlər barədə məruzə olunub.
Hərbi vəzifəlilərin praktiki vərdişləri təkmilləşdirilir
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə "N" hərbi hissəsində keçirilən təlim toplanışı davam edir. Ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlimin əsas məqsədi onların döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdişlərinin təkmilləşdririlməsidir.
- Baxış: 70