• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2079
— 16.02.2024 11:34

Azərbaycan Ordusunda komanda-qərargah təlimi keçirilir

KepezTV Player

2024-cü ilin hazırlıq planına əsasən "N" hərbi hissəsində komanda-qərargah səfərbərlik təlimi keçirilir. Təlim müddətində qəbul məntəqələrinin açılması, şəxsi heyətin qəbulu prosesinin öyrənilməsi, bölmələrin səfərbərliklə komplektləşdirilməsi və döyüş uzlaşmasının təşkili yerinə yetirilib. Əməliyyat təyinatı rayonuna yerdəyişmənin həyata keçirilməsi və ərazidə yerləşmə üzrə hesabların dəqiqləşdirilməsi, eləcə də əməliyyat təyinatı rayonunun tutulması və hücum əməliyyatının təşkili mövzularında fəaliyyətlər icra edilib. Məruzələr dinlənilib. MN-nin məlumatına görə, təlimin məqsədi səfərbərlik resurslarının dəqiqləşdirilməsi və icra olunan səfərbərlik tədbirlərinin müasir standartlara uyğunlaşdırılmasıdır.