• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1252
— 14.02.2024 11:53

Açıq ərazidə yanğın baş verib

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinə Samuxun Yenikənd kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Alov genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb. Təxminən 6 ha sahədə qamışlıq və kol-kos yanıb.