• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 817
— 13.02.2024 15:51

Suraxanıda saxlanılan şəxsdən 3 kq narkotik götürülüb

KepezTV Player

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1993-cü il təvəllüdlü Sabir Əhmədli saxlanılıb. Onun üzərindən 3 kiloqram 60 qram narkotik vasitə marixuana aşkar edilib. Saxlanılan şəxs ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib. S.Əhmədli barəsində araşdırmalar davam etdirilir.