• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 13.02.2024 15:43

Nasaz avtomobillə yüksək sürətli yola çıxan sürücü barəsində tədbir görülüb

KepezTV Player

Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunda idarə etdiyi nasaz nəqliyyat vasitəsilə digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücü ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Baş Dövlət Yol Polisi İdarəsində araşdırılıb. Araşdırma nəticəsində həmin şəxsin Şirvan şəhər sakini Yavər Zaidov olduğu müəyyən edilib və həmin sürücü barəsində inzibati qanunvericiliyə uyğun tədbir görülüb.