Kleopatra Ptolemeylər sülaləsində bu adı daşıyan yeddinci qadın idi. Buna görə o, "Kleopatra VII Filopatr" kimi də tanınırdı. Misir kraliçası olmasına baxmayaraq, ona niyə yunan adı verilməyi bir çox insana maraqlıdır. Səbəbi isə, onun yunan olmasıdır. Kleopatranın ailəsi Yunanıstandan Misirə köçüb. O, Misirdə anadan olsa da, Makedoniya əsilli idi. Kleopatra özünə məxsus makiyajı ilə diqqət çəkirdi. Misirlilərin göz makiyajından gözləri qorumaq üçün istifadə etdiyini artıq çox insan bilir. Bu makiyajdakı qurğuşun duzunun miqdarı önəmlidir. Kleopatranın makiyajında 4 qurğuşun əsaslı maddə var idi və o, Qədim Misirdə olduqca geniş yayılan göz infeksiyasının qarşısını almaq üçün bundan istifadə edirdi. O, öldükdən sonra harada dəfn edildiyi barədə heç bir məlumat yoxdur. “Tapılmağa yaxın” olduğuna dair çoxsaylı iddialara baxmayaraq, heç kim bəşər tarixinin ən simvolik qadınlarından birinin harada dəfn edildiyini bilmir. Oktavianın əmr etdiyi kimi “Antony ilə” olduğuna inanılır. Əslində arxeoloqlar üçün sirrini saxlayan tək Kleopatra deyil, Mozart və Çingiz Xan kimi ikonik tarixi şəxsiyyətlərin məzarlarının yeri də bilinmir.
İşarə dilini bilən və dünyada tanınmış 46 yaşlı qorilla Koko 1971-ci ildə San Fransisko Zooparkında doğulmuş, istedadı və ağlı ilǝ hǝr yaşda insanın ürəyinə toxuna bilirdi. O, bütün qorillaların təmsilçisiydi. Koko işarə dilində 2000-ə yaxın kəlmə bilirdi və bunu, Qorilla Vəqfinin təsisçisi və işçisi olan Francine Pattersondan öyrənmişdi. Bir çoxları qorilladan dil öyrənmək üçün istifadə etmək fikrinə istehza ilə yanaşırdılar, çünki qorillaların şimpanzelərdən daha az intellektli olduğuna inanılırdı. Ona şifahi sözlər və işarə dili öyrədildi, nəticədə yüzlərlə işarəni öyrəndi, istifadə etdi və minlərlə danışıq sözünə cavab verdi. Müdirlərindən biri ölmək üzrə idi və Francine Koko ilə bir söhbətə başladı. Nəzarətçi Kokoya “Bu diridir, yoxsa öldü?” Dedi. Koko “Ölü” deyə cavab verir. Baxıcı “O, öldü və məhv oldu?” cavab olaraq isə, “Rahat bir köpəkdir”, dedi Koko. Sonra isə onunla vidalaşdı. Koko 19 iyun 2018-ci ildə səhər saatlarında 46 yaşında Kaliforniyanın Vudsayd şəhərində Qorilla Fondunun qoruğunda yuxuda öldü.
Kanadadakı İnuitlər nadir hallarda xəz ovlayanların tanıdığı kiçik bir kənddir. 1930-cu ildə İnuitlərdə qəribə bir şey baş verdi; Co Labelle adlı xəz ovçusu adanın sərhədlərinə girəndə kənddə bir nəfər də olsun tapa bilməyib. Yalnız insan tərəfindən yaradılan bir məzarda 7 aclıqdan ölmüş xizək iti var idi. İtkin düşənlərin tapılması üçün uzun müddət axtarış aparılsa da, bir dənə də olsun nə insan nə cəsəd tapılmayıb.
Lalə Sadıqova
- Baxış: 126