• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1939
— 10.02.2024 18:48

"Gəncə" BK ardıcıl 5-ci məğlubiyyətini yaşayıb

KepezTV Player

Azərbaycan Basketbol Liqasının XIV turu çərçivəsində "Gəncə" basketbol klubu "Sərhədçi"ni qəbul edib. Təmsilçilərimiz öncəki oyunlarda olduğu kimi bu dəfə də qarşılaşmanın əvvəlində hesabda önə keçiblər, ancaq ardından təşəbbüsü əldən veriblər. Gəncə klubu rəqibinə 72:78 hesabı ilə yenilib. Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran "Sərhədçi" 6-cı pilləyə yüksəlib. Meydan sahibləri 16 xalla 9-cudur.