• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1929
— 10.02.2024 11:28

Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatına 2 medalla başlayıblar

KepezTV Player

Azərbaycan taekvondoçuları Antalyada keçirilən Türkiyə açıq çempionatının ilk günündə 2 medal qazanıblar. Yeniyetmələrdən ibarət yığmanın heyətində Məryəm Cəfərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 6 rəqibini məğlub edərək birinci yeri tutub. Gülay Əliyeva isə yarışı bürünc medalla bitirib. Azərbaycan taekvondoçusu yarımfinaladək 4 mərhələ keçib. Yarışda yeniyetmə oğlanlar da mübarizəyə qoşulacaqlar.