• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1916
— 08.02.2024 10:12

Maraqlıdır

Bu bulud, Avstraliyanın Tiwi adalarında hər il sentyabr-mart ayları arasında ortaya çıxır. “Hector” adlı fırtına buludu demək olar ki, hər gün günortadan sonra görünür. “Konvektor Hector” olaraq da bilinən Hector, ən uyğun fırtınalardan biri kimi qiymətləndirilir. II Dünya Müharibəsi dövründə bir pilot tərəfindən adlandırılan bu bulud hələ də bir çox meteoroloji tədqiqatların mərkəzi olaraq qalır. Bir çox meteoroloq Hector kimi hadisələri araşdırsa da, fırtınanın görünməyə davam etməsi üçün etibarlı bir açıqlama tapa bilmirlər.

Bir rəqsin nə kimi gizli sirri ola bilər deyənlər, diqqətiniz bizdə olsun. 1518-ci ildə Elzasdakı Strasburq olduqca maraqlı bir epidemiya ilə qarşılaşıb. “Rəqs xəstəliyi” olaraq da bilinən bu qəribə vəziyyət 400 nəfərin dayanmadan, istirahət etmədən rəqs etməsinə səbəb olub və bu insanların bəziləri infakt, yorğunluq və ya iflicdən ölüb. Bu qəribə vəziyyət, 1518-ci ilin iyul ayında, Miss Troffea adlı bir qadının Strasburqun ortasında nəzarətsiz rəqs etməyə başladığı zaman meydana gəlib. Digər 34 nəfər xanım Troffea-ya qoşuldu və tezliklə bu say 400-ə çatdı. Bir müddətdən sonra gündə təxminən 15 nəfərin ölümüylə nəticələnən epidemiyanın fövqəl təbii səbəblərdən qaynaqlandığını, həkimlər və səlahiyyətlilər tərəfindən bu epidemiyanın “isti qan” səbəbi ilə edildiyi anlaşılıb. Həkimlər xəstələri müalicə etmək əvəzinə taxta bir ev tikdilər və bu insanlara “rəqs etmələrini” təklif etdilər. Müasir peşəkar marafonçuların belə gərgin məşqlərə tab gətirə bilməyəcəyinə inanırlar. Ergot göbələklərin zəhərli məhsullarından və ya kütləvi bir psixogen xəstəlikdən qaynaqlanan bəzi qida zəhərlənmələrindən bəhs olunsa da, elm adamları bu dəhşətli epidemiyanın nədən qaynaqlandığından hələ əmin deyillər.

Deməli təxminən  500 il əvvəl naməlum bir müəllif tərəfindən naməlum bir dildə yazılmış bir mətn tapılır. Əlyazma mətni 1912-ci ildə İtaliyaya gətirən Litva-Samogit bibliofili Wilfrid Voyniçin adını daşıyır. Mətnin Şimali İtaliyada yazılmış ola biləcəyinə inanılır. II Dünya Müharibəsi dövründəki bir çox şifrələmə müəllifləri və kod pozanlar əlyazmalar üzərində nə qədər çalışsalar da mətndə  nə deyildiyini  tapmaq mümkün olmayıb. Bunun, birinin konkret olaraq yazdığı bir zarafat ola biləcəyi düşünülür, belə baxanda mətn 272 səhifədir, bu da bir zarafat üçün ciddi qətiyyət deməkdir. Bu yaxınlarda bu əlyazmanın qadınların sağlamlıq hüquqları ilə bağlı yazılmış bir tibbi kitab olduğu ad nəzəriyyə edilib, lakin bu nəzəriyyə də sübut edilməyib.

Lalə Sadıqova

 

ƏTRAFLI...