Makiyaj Misirlilərdən başlayaraq eramızdan əvvəl 6000-ci ilə qədər uzanır. Onlar makiyajın möminliyin yanında olduğuna və Tanrılara xitab etdiyinə inandıqları üçün yaradıblar. O dövrdə bütün sosial təbəqələrdən olan kişilər və qadınlar makiyaj edirdilər. Dərinin xoş qoxusuna və yumşaqlığına nail olmaq üçün buxur yağlarından istifadə edilirdi, qadınlar isə üzlərini Günəşdən qorumaq üçün ağ rəngə boyanırdılar. Və ilk dəfə qara sürmə əsaslı boyadan, göz layneri kimi istifadə ediblər. Misirlilər dəriyə qulluq təcrübələrini ilk sənədləşdirənlər oldu, ardınca Çinlilər, Yunanlar və Romalılar gəldi.
Bir çox insan dünyanın ən hündür dağının Everes olduğunu bilir, amma bu məlumat səhvdir. Everes zirvəsinin hündürlüyü 8848 metrdir. Amma Havai adasında olan, Manua kea vulkanı 10023 metr hündürlüyündədir və əslində ən böyük zirvə odur.
Arıların sancandan sonra öldüyü bilinir, amma əslində elə deyil. Bu hal, bal arılarında çox nadir hallarda baş verə bilər. O sancdığı zaman, iynəsini çıxarmaqda çox çətinlik çəkir və iynə insan bədənində sıxışıb qalır. Özündən qoparaq ayrılan iynə arının bədəninə xəsarət verir və bəzən ölə bilir. Hətta bu hal vəhşi arılarda heç yaşanmır.
Öküzlərin qırmızı rəngə əsəbləşdiyini bilirik. Əslində isə bu, belə deyil. Öküzlər rəng korudur, onlar nəinki bu rəngə əsəbləşmək, heç qırmızı rəngi ayırd edə bilmirlər. Əslində öküzləri əsəbləşdirən, matadorların hərəkətləridir.
Bir gün oyanırsınız və həyatınızda bir gün belə məşğul olmadığınız bir musiqinin dahisi olmusunuz. Olduqca təəccüblüdür, elə deyilmi? Bu hadisə, 2006-cı ildə, Derek Amatonun başına gəlib. O, dalğıc edərkən, başını hovuzun dibinə vurur və böyük sarsıntı keçirir. Bu hadisəyə görə Derek saçlarının və yaddaşının 35 faizini itirir. Amma bunun qarşılığında, bir çox insanın həyatını həsr etdiyi bir istedad yəni bəstəkarlıq qazanır. Amato bu xüsusi işi “Gözlərimi yumarkən soldan sağa doğru hərəkət edən, bu qara ağ quruluşları gördüm ki, bu da əslində düşüncəmdə davamlı axan musiqi notlarının axışını təmsil edirdi” deyib. Travmadan sonra Derekin dünyada bu şəkildə dahi istedad qazanan yeganə insan olduğuna inananırlar.
Lalə Sadıqova
- Baxış: 117