• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1778
— 02.02.2024 10:10

Gənclər günü

İnsan həyatında elə günlər olur ki, məhz bu tarixi günlər heç vaxt bizim yadımızdan çıxmır. Bu tarixi günlərə də, gənclərə xas olan “Gənclər günü” aiddir. Məhz bu gün isə, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların hər problemində yanında olan Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Umumilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Dövlət Gənclər siyasəti, Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si “Azərbaycan gəncləri günü” kimi elan edilib. Həmin vaxtdan etibarən, bu gün MDB məkanında və Şərqi Avropa ölkələrindən fərqli olaraq, ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilib.

Seyhun Rzayev- tələbə: Gənclər günü insanın həyatında olan gözəl günlərdən biridir. Çünki bu günü biz gənclər daha fərqli və maraqlı şəkildə qeyd edirik”.

Azərbaycan Prezidentinin 2007ci il 16 aprel qərarı ilə təsdiq edilmiş, “2007-2015ci illərdə” Azərbaycan gənclərinin xarici ölkələrdə dövlət proqramı üzrə təhsili, bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə hərtərəfli imkan yaradıb.

Gənclər bizim dünənimiz, bu günümüz və sabaha olan inamımızdır. Sadəcə gənclər gününü yox, hər günü xoşbəxt yaşayaq. Gənclər günümüz mübarək!

Tellan Zeynalova