• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1638
— 04.02.2024 18:58

Liftdə köməksiz qalan şəxs xilas edilib

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinə Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən onmərtəbəli yaşayış binasının lifti yeddinci mərtəbədə dayanıb və vətəndaş orada köməksiz vəziyyətdə qalıb. Sakin xilas edilib.