Ay uzun saç, qara göz,
Ağıllı kuklam mənim.
Gəl Əlifba oxuyaq,
Sən şagird ol, mən müəllim.
Məni qınamayın, bura elə bir yerdir ki, burda insanın özünü uşaq kimi aparmaması mümkünsüzdür. Məncə, siz özünüz anladınız, biz hardayıq.
Bu günün uşağı gələcəyin şagirdi, tələbəsi, ziyalısıdır. Bunun üçünsə düzgün tərbiyə önəmlidir. Sosiallaşma üçün atılan ilk addımlardan biri evdən bağçaya uzanan yoldur. Bağçaya gedən uşaqla, getməyən arasında böyük fərq var. Yaxşı inkişaf etmiş uşaqda, özünə inam olur, nitqi inkişaf edir, kollektivə öyrəşir. Bağçaya gedən uşaqlara nisbətən getməyənlər yeni mühitə gec adaptasiya olur.
Validə Əlirzazadə- valideyn: “Övladım bağçaya gəlməmişdən əvvəl nitqində qüsur var idi. Həkimlərə aparırdıq deyirdilər ki, ünsiyyət ilə bağlıdır. Bağçaya gələndən sonra övladımda çox dəyişikliklər oldu. Artıq paltarını özü qatlayır, yeməyini özü yeyir, corabını özü geyinir”.
Aliyə Qocayeva:
“Üçrəngli bayrağım,
Gözümün işığıdır.
Azadlıq yağışından,
Doğan göy qurşağıdır.
Üstündəki ay-ulduz,
Gəlir mənim xoşuma.
Ay üzüyə bənzəyir,
Ulduz onun qaşına.
Üçrəngli bayraq bizə,
Təsəllidir, dayaqdır,
Yolumuzun üstünə,
İşıq saçan mayakdır”.
Məktəbəqədər yaş dövrünə gəldikdə artıq uşaqlarda beyin inkşafı üçün xüsusi mərhələ başlayır. Eqosu yüksək, aqressiv uşaqlar bağça mühitində paylaşmağı, dostlaşmağı, digər uşaqların və müəllimlərin fikirlərinə, istəklərinə hörmət etməyi öyrənirlər. Həyatda yalnız özü olmadığını dərk edirlər.
Rəvanə Mustafayeva- valideyn: “Mənim artıq ikinci övladım bu bağçaya gəlir. Qızım bağçaya gələndə tam danışmırdı. İndi isə 4 yaşı olmağına baxmayaraq hərflərin bəzilərini yazır, inglis dilində rəngləri deyir”.
Fərid Məmmədov:
“Mənim əziz müəlliməm,
Qəlbitəmiz müəlliməm.
Xoşxasiyyət, gülərüz,
İncə, zərif müəlliməm.
Sən bizə anadan artıq olmusan,
Sənin sevgini unutmarıq biz,
Bizim sevimli, mehriban müəllimə”.
Məqsədimiz digər xalqlarla müqayisədə bağçalarımızdakı vəziyyətin qənaətbəxş olub-olmamasını araşdırmaqdır.
Leyla Əliyeva
- Baxış: 103