• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1464
— 30.01.2024 10:27

Gənc balaban ifaçısı

Musiqi alətlərinin bir çox növləri var. Bunlardan biri də balabandır. Bu dəfə sizə balabanda ifa edən gənc istedadımız Şəqayi bəyi tanış edəcəm. Baxaq, görək, o, sənət dünyasına necə atılıb.

Şəqayi Kərimov- balaban ifaçısı: "Mən özüm musiqiçi ailəsində böyüdüyümə görə, musiqiyə mənim daha çox həvəsim artıb. 5 yaşımdan musiqi ilə məşğul olmuşam. Bu sənətə həvəsim, hörmətim olduğu üçün davam etdirmək istəyirəm. Mən çox şadam ki, bu sənətə layiq oldum. Bu gün sizə “Sarı gəlin” ifa edəcəm".

Şəqayi Kərimov- balaban ifaçısı: "Atam aşıq olduğu üçün belə deyim, mən sazdan gəlmişəm. Atama da dərin təşəkkürümü bildirirəm. Atam həm ailəsinə sadiq, həm də sənətinə hörmət edən bir insandır. Eyni zaman da özümlə fəxr edirəm ki, belə bir ailənin övladıyam. Həm də belə bir sənətkarın yetirməsi oldum. Üstümdə əziyyəti olanların hər birinə çox sağolun deyirəm".

Şəqayi Kərimov- balaban ifaçısı: "Atam aşıq olduğuna görə, həm də aşıq balabanı ilə saz bir olduğuna görə mən balabanın səsini xoşladım. Və özümə məqsəd qoydum ki, mən balabanı öyrənməliyəm. İlk dəfə mənə balabanı atamın sənət dostu bağışlayıb və balabanda ifa etməyi 1 həftə ərzində öyrənmişəm".

 Şəqayi Kərimov- balaban ifaçısı: "Musiqi ilə bağlı tövsiyəm odur ki, sənətlə məşğul olmaq möhtəşəmdir. Balabanın özü Azərbaycanın qədim alətidir. Gənclərə də tövsiyəm odur ki, balabanımızın, sazımızın geri getməsinə yox, irəli getməsinə təkan verək".

Ülvi Cəfərov