Venesiyanın Müqəddəs Mark meydanında göyərçini bəsləmək, onların sayının artmasına və tarixi binalara ziyan vurmasına gətirib, çıxarır. San-Fransiskoda isə, göyərçinləri “Göy siçovulları” adlandırılırlar. Və göyərçinlərin çoxluğununun sağlamlıq üçün təhlükə yaradacağını düşünürlər. Qanunu pozanları isə təbii ki,cərimə gözləyir.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki 828 metr yəni, 2717 fut hündürlüyündə olan bina Burj Xəlifədir. Təbii ki, bu binaya elə-belə dünyanın ən hündür binası deməyiblər. Rəsmi olaraq bina, 9 yanvar 2010-cu ildə açılışı zamanı "dünyanın ən hündür binası" və ən hündür özülü tikilisi olaraq ad qazanmışdır. Qüllənin içərisində yaşayış mənzilləri, otel otaqları, biznes ofisləri, ticarət obyektləri, əyləncə mərkəzləri, restoran və kafelər, idman zalları, müşahidə meydançaları və hovuzlar var. Binaya 57 lift xidmət göstərir, lakin onlardan yalnız biri, birinci mərtəbədən göydələnin zirvəsinə qalxa bilir. Qısaca nə axtarsanız bu qüllənin içərisindən tapa bilərsiniz.
Apollo 14 astronavtları, Alan Şepard və Edqar Mitçel Ay səthində idmanla məşğul olaraq tamamilə fərqli bir növ "bəşəriyyət üçün nəhəng sıçrayış" ediblər. Shepard məşhur olaraq dəyişdirilmiş, altı dəmir ilə qolf oynayıb, Mitchell isə nizə atıb.
Lalə Sadıqova
- Baxış: 104