KepezTV Player
"Ötən il Azərbaycanda 50,7 min şəxsə əlillik təyin olunub". Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən belə deyib. Onun sözlərinə görə, əlilliyin qiymətləndirilməsi 2022-ci il iyulun 1-dən tətbiq olunan yeni meyarların sayı ötən il daha da artırılaraq 617-yə çatdırılıb. Həmçinin bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizləri və əlillik müddətləri artırılıb. Reabilitasiya xidmətlərində danışan agentlik sədri bildirib ki, 87,7 min nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərib.
- Baxış: 87