Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin və Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Ermənistanın Niderlandın Haaqa şəhərindəki səfirliyi önündə dinc etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Azərbaycanın uzun illər erməni işğalı altında qalmış ərazilərində Ermənistan tərəfindən basdırılan və bu gün də mülki şəxslərin ölümünə səbəb olan minaların xəritələrinin verilməməsinə etirazlarını bildiriblər. Onlar bu gün dünyada ən ciddi təhlükə olan mina terroruna son qoyulmasını tələb ediblər. Aksiya iştirakçıları mina terroruna son qoyulması istiqamətində qəti tədbirlərin görülməsinin vaxtının çatdığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, münaqişə zonalarında bu partlayıcılar çox sayda insan itkisinə səbəb olur və münaqişədən sonrakı yenidənqurma işlərinə maneə yaradır.
- Baxış: 147