Böyrək daşı xəstəliyi orqanizmdə metobolizmin pozulması nəticəsində yaranan böyrək patalogiyasıdır. Bu xəstəliyin yaş məhdudiyyəti yoxdur. Xəstəlik ilk öncə mikrolitlərlə müşahidə olunur, daha sonra isə daşlar əmələ gəlməyə başlayır.
Böyrək daşları qandan sorulan mineralların və maddələrin kristiallaşması nəticəsində əmələ gəlir. Daşlar ölçüsü kiçik olduqda problem yaratmır, ölçüsü böyüyən zaman vəziyyət pisləşir və şiddətli ağrılar başlıyır. Bəzən də cərrahi müdaxilə qaçılmaz olur. Bu xəstəlik daha çox gənc və orta yaşlı insanlarda müşahidə edilir.
Vaqil Qurbanov- pasient: “13 ildir ki, mən böyrək daşı xəstəliyindən əziyyət çəkirəm. Dəfələrlə əməliyyat olunmağıma baxmayaraq, böyrəyim yenə də duz yığır”.
Fəqan Mirzəyev- pasient: “Məndə xəstəlik özünü təzyiqlə birüzə verdi, təzyiqim çox yüksək olurdu, yoxlanış zamanı bəlli oldu ki, problem böyrəyimdən imiş”.
Kürək və bel nahiyəsindən başlayaraq qasığa doğru yayılan şiddətli ağrı, tərləmə, titrəmə, ürək bulanması xəstəliyin ilkin əlamətləri sırasına daxil edilir. Ət, kərəviz, ispanaq, qazlı içkilər daşları yardan ən böyük amillərdəndir. Çünki ət turşunun miqdarını artırır və kalsini çoxaldır. Böyrək daşı xəstəliyindən qorunmaq üçün gündə 3 litr maye qəbul etməli, duz qəbulunu azaltmalı və siqaretdən uzad durulmalıdır.
İnsanların rifahı üçün onların sağlam olması mütləqdir. Biz hamımız canlıyıq,şüurluyuq, nəyin düz, nəyin səhv olduğunu yaxşı bilirik. Yetər ki, sağlam olub, gümrah qalamağı bacaraq.
Leyla Əliyeva
- Baxış: 105