• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 884
— 26.01.2024 16:22

Azərbaycan dilində süni intellekt platforması

KepezTV Player

 "Azərbaycan dilində süni intellekt platformasının yaradılması layihəsinin icrasına başlanılıb". Bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov deyib. Dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində dördüncü sənaye inqilabı texnologiyalarının milli iqtisadiyyatda tətbiqinə dair uğurlu həllər, kənd təsərrüfatı, sənaye, səhiyyə, dövlət satınalmaları, media və təhsil sahəsində tətbiqinə dair 8 tədqiqat sənədi hazırlanıb. Güləş idman növündə də süni intellektin tətbiqi ilə bağlı işlərin görülməsinə başlanılıb. Eyni zamanda artıq media üçün süni intellektlə bağlı müəyyən həllər hazırlanaraq təqdim olunub.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov : Güləş idman növündə ümumiyyətlə növbəti illərdə güləşçilərimizin onların məşqçiləri tərəfindən performansın izlənilməsi rəqimlərinin təhlil olunması istiqamətində müxtəlif kompüterlər süni intellect alqoritmlər vasitəsi ilə təhlillərin aparılması və bu istiqamətində aradakı boşluqları və s. idarə etmək üçün müxtəlif mobil tətbiqlər vasitəsi ilə imkanlar istiqamətində özəl şirkətlərlə əməkdaşlıq etmişik belə bir layihə icra olunmaqdadır.