2026-cı ilin sonunadək Cəbrayıl, Zəngilan və Qubadlıda 3 şəhər mərkəzinin, 5 qəsəbənin və 24 kəndin inşası nəzərdə tutulur. Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, hazırda 4 kənddə şaquli planlama işləri yekunlaşıb. Cəbrayılın Horovlu kəndində də fərdi evlərin tikintisinə başlanılıb. Bu ilin sonunadək Horovluya 1395 nəfər qayıdacaq. Növbəti illər üçün kənd əhalisinin sayı təxminən 3500 nəfər təşkil edəcəyi proqnozlaşdırılır. Tikinti quruculuq işləri zamanı ekoloji aspektlərə diqqət yetirilir. Torpaq işlərində yaşıllıqların qorunması, ərazilərdə bulaq-kərizlərin bərpasına diqqət yetirilir. İnzibati binalarda eyni zamanda evlərin damında günəş panellərinin quraşdırılması, şəhər, kənd və qəsəbələrdə velosiped zolaqlarının salınması planlaşdırılır.
- Baxış: 63