• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1198
— 25.01.2024 15:15

Vətən müharibəsindən sonra şəhid ailələri və əlillərin mənzil təminatı 5 dəfə genişlənib

KepezTV Player

Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Onlara 2023-cü ildə daha 1 500, postmüharibə dövründə 6 000, ümumilikdə ötən dövrdə 14 800 mənzil və fərdi ev verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə,  ötən dövrdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 600-dən çox avtomobil təqdim olunub.