• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1135
— 24.01.2024 20:05

Daha 30 ailəyə evlərinin açarları təqdim olunub

KepezTV Player

Bakıdan Füzuli şəhərinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb. Füzuliyə çatan ailələrə yeni mənzillərin açarları təqdim olunub. Bu mərhələdə Füzuliyə daha 30 ailə - 125 nəfər köçürülüb. İndiyədək Füzuli şəhərinə 470 ailənin yəni 1 750 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuliyə ailələrin köçürülməsi davam edəcək.