• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 735
— 22.01.2024 10:11

Maraqlıdır

Müasir dövrümüzdə, bizə adi gələn və gündəlik həyatımızda sıxlıqla istifadə elədiyimiz əşyaların necə yarandığı bir çox insana maraqlıdır. Elə götürək çarxları. Maraqlıdır, görəsən, əvvəllər hansı formada olublar? Odur ki, araşdırmaq qərarına gəldim.

Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə mühüm miras qoyub. Dünyanın ən qədim taxta çarxı təqribən 5000 ildən çoxdur ki, mövcuddur. Və bu çarx  2002-ci ildə, Sloveniyanın paytaxtı Lyublyanadan təxminən 12 mil cənubda tapılıb.Tarixi tapıntı hazırda şəhərin muzeyində saxlanılır. Təqribən  yaşı 5100 ilə 5350 il arasındadır.

Tarixə nəzər salmışkən, istərdim bu dəfə Niaqara şəlaləsinə virtual  səyahət edək. Dünyada tərs axan yeganə şəlalə olduğunu bilirdiniz?

Dəqiqədə 334 000 kubmetr su axır. Şəlalənin suyu yerə o qədər sürətlə tökülür ki, sular bu toqquşmanın təsiri ilə təkrar yuxarı qalxır və şəlalənin başlanğıcına doğru bir axıntı əmələ gəlir. Çox maraqlıdır.Və orada olub bunu yaxından öz gözlərimlə görmək istərdim. Hə, göz demişkən, bu dəfə sizə gözlə bağlı məlumat verəcəyəm .

Sən demə, göz bəbəyimiz insan bədənində, qan damarları olmayan yalnız iki hissəsindən biridir. Bəli, bu kornea adlanır və gözün digər hissələrini əhatə edən şəffaf hissədir. Alimlərə görə, qığırdaq və buynuz qişası insan bədənində, qan damarları olmayan yeganə toxuma növüdür. Görəsən,gözümüzün bizim bilmədiyimiz daha hansı qəribə xüsusiyyətləri var? Mən hələ ki bu qədərini araşdırıb öyrənmişəm.

Hə araşdırma demişkən, bilirsiniz ki, canlılar aləmi təkcə insanlardan ibarət deyil. Bu dəfə istərdim dünyanın ən kiçik məməlisi Bumblebee yarasası haqqında danışım. Çəkisi 0,05 ilə 0,07 unsiya arasında, başdan bədənə uzunluğu isə 1,14 ilə 1,29 düym arasında olan bu məməlisi Kittinin donuz burunlu yarasasıdır. Ginnesin Rekordlar Kitabına görə  bu kiçik yarasanı görmək istəyirsinizsə Taylandın cənub-qərbindəki Kançanaburi əyalətindəki Khwae Noi çayında seçilmiş bir neçə əhəngdaşı mağarasına baş çəkməlisiniz.

Amma çalışın hər hansı bir yerə gedərkən oranın qayda və qanunlarından xəbərdar olasınız. Belə qaydalardan biri də İrlandiyada tətbiq olunur.

Qayda belədir. Qadınlar 29 fevralda sevgilisinə evlənmə təklifi edir. Əgər qarşı tərəf bu təklifi qəbul etməsə onu cərimə gözləyir. Özü də bu qanun 11-ci  əsrdən qüvvədədir.

Maraqlıdır ki, bu qanunlar bizdə olsa hansı hal baş verərdi. Amma çox da fikir eləməyə ehtiyac yoxdur. Biz istədiklərimizi etməsək də, qarşı tərəfə etdirmək üçün səbəblər yaradırıq. Belə, bu  günlük bu qədər. Hələlik.

Lalə Sadıqova



 

 

 

ƏTRAFLI...