• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1419
— 22.01.2024 12:53

2023-cü il ərzində hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı araşdırma aparılıb

KepezTV Player

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən prokurorluq orqanlarına 2023-cü il ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı daxil olmuş materiallar əsasında araşdırma aparılıb. 20 halda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaq aparılıb, həmin işlərdən 6-sı baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə isə ibtidai istintaq davam etdirilir. Bundan başqa, hazırkı vaxtda 125 nəfərin müddətli həqiqi hərbi xidmətə göndərilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə və şöbələrinin sərəncamına verilmələri təmin edilib, digər materiallar üzrə isə araşdırmalar davam etdirilir.