Prezident İlham Əliyev Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında həyata keçirilən inşaat, infrastruktur və abadlıq işləri, həmçinin tikintisi yekunlaşan Bakı Ağ Şəhər Ofis binasında yaradılan şərait ilə tanış olub. 1650 hektar ərazini əhatə edən Bakı Ağ Şəhərdə müxtəlif üslublu 10 rayonun salınması, 120 min yaşayış və xidmət obyektinin tikintisi, 350 hektar landşaft işlərinin görülməsi, 10 kilometr bulvar xəttinin yaradılması nəzərdə tutulub. Burada 280 min sakin yaşayacaq və 240 min iş yeri yaradılacaq. Mərkəzi Park Rayonunun yaşayış massivinin ərazisində yaşıl zonalar nəzərdə tutulub. Onların arasında Dağdağan bağı da var. Dağdağan ağacları buraya Qarabağdan gətirilib. Dövlətimizin başçısı bağın ərazisində dağdağan ağacı əkib. Bakı Ağ Şəhər Ofis binası Azərbaycanın Vətən Müharibəsində Qələbəsinə və suverenliyinin bərpasına həsr olunub.
- Baxış: 91