• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1268
— 22.01.2024 11:43

Mebel sexindəki partlayışda xəsarət alanların son vəziyyəti

KepezTV Player

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar xəstəxanada 7 nəfərin müalicəsi davam etdirilir. TƏBİB-dən verilən məlumata görə, 2 nəfərin vəziyyəti ağır stabil, 5 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır. Hadisə nəticəsində 9 nəfərin meyiti dağıntılar altından çıxarılıb, 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan biri xəstəxanada vəfat edib. Partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.