• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 988
— 22.01.2024 08:51

Silah və narkotiklə bağlı saxlanılanlar var

KepezTV Player

Şəmkirdə polis odlu silah və onun komplekt hissələrini satmaqda şübhəli bilinən rayon sakini Famil İsmayılovu saxlayıb. Onun evindən 1 ədəd atəşə yaralı “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 13 ədəd 7.62 mm-lik patron aşkar edilib. İsmayılov ifadəsində silahı bir müddət əvvəl tapdığını və satmaq məqsədi ilə saxladığını etiraf edib. 

Kür Polis Bölməsinin əməkdaşları isə Rəşad Rzayevi saxlayıblar. Şəxsin üzərindən və yaşadığı evdən marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.