• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1425
— 18.01.2024 16:18

İndiyədək 531 şəxsə aid meyit qalıqları aşkarlanaraq götürülüb

KepezTV Player

Birinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı zamanı indiyədək 531 şəxsə aid meyit qalıqları aşkar olunaraq götürülüb. Bu barədə Hərbi prokuror Xanlar Vəliyev Kollegiya iclasında deyib. Qeyd edib ki, bununla bağlı məhkəmə-tibbi, molekulyar-genetik tədqiqatlar zamanı 27 nəfərin şəxsiyyəti müəyyən edilib. Onlardan 22-sinin meyiti ailə üzvlərinə artıq təhvil verilib. Xanlar Vəliyevin sözlərinə görə, bu sahədə işlər intensiv şəkildə davam etdirilir. Hərbi prokuror həmçinin 2023-cü ildə qeydə alınmış cinayətlər barədə də məlumat verib. Bildirib ki, ötən il qeydə alınan 2 min 457 cinayət hadisəsindən 5-i dayandırılmaqla, 2 min 452-sinin kim tərəfindən törədilməsi müəyyən edilib. Açılan işlər arasında 30 ilə yaxın müddətdə bağlı qalmış xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə cinayəti də var.

Xanlar Vəliyev- Hərbi prokuror: “Belə ki, İsgəndərov Pərviz HacıMəmməd oğlunun 19 may 1995-ci il tarixdə Ağstafa rayonu ərazisində odlu silahdan atılmış atəşlər nəticəsində ölməsi faktına görə başlanmış və sonradan icraatı dayandırılmış cinayət işləri üzrə icraat təzələnərək istintaqın davam etdirilməsi respublika hərbi prokurorluğun istintaq idarəsinə həvalə olunmuş və həmin idarədə məharətlə aparılan istintaq zamanı İsgəndərovun hərbi qulluqçu yoldaşı əsgər İsaxanov Həmid Həbib oğlu tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan sonuncu cinayət məsuliyyətinə cəlb olunaraq barəsində cinayət işi 11 yanvar 2023-cü ildə baxılması üçün Tərtər rayon məhkəməsinə göndərilmiş və barəsində ittiham hökmü çıxarılmışdır”.

Azad Mustafayev