Qoşulmama Hərəkatının yaradılmasının müstəmləkəçiyə qarşı mübarizənin təməl prinsiplərindən və fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan neokolonializmə qarşı mübarizəni də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib və bu prosesə öz dəstəyini verib.
Bunu Prezident İlham Əliyev Syerra-Leonenin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alie Badara Kamaranın etimadnaməsini qəbul edərkən deyib. Azərbaycan Prezidenti vurğulayıb ki, müstəmləkəçi ölkələr Afrikada, Asiyada, Latın Amerikasında müstəmləkə altında saxladığı xalqlardan və dövlətlərdən ən azı üzr istəməlidirlər. Dövlət başçısı onu da əlavə edib ki, müstəmləkəçiliyin forması dəyişsə də, mahiyyəti dəyişməyib və onu müxtəlif formalarda saxlayıb.
- Baxış: 125