KepezTV Player
Qərbi Azərbaycan İcması Fransa Senatının anti-Azərbaycan qətnaməsini pisləyən bəyanat yayıb. Azərbaycanla bağlı gülünc ittihamlar irəli sürən Fransa senatına Korsika dilini qadağan edilməsi, Niger, Mali, Burkino Fasoda törətdikləri, müstəmləkə asılılığı kimi faktlar qeyd edilib. Fransanın Qarabağa göndərmək istədiyi UNESCO missiyasının elə Fransanın özünə göndərilməli olduğu xatırladılıb. Bəyanatda Azərbaycan və Ermənistanın birbaşa danışıqlarla əldə etdiyi razılıqlar fonunda fransız Senatının bu təxribatçı addımı siyasi klounluq kimi dəyərləndirilib. "Paris regiona soxulmaq siyasətindən əl çəkməlidir" - deyə bəyanatda qeyd olunub.
- Baxış: 72