• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 15.01.2024 11:50

Yol qəzası olub, ölən və xəsarət alan var

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinə Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri əraziyə cəlb edilib. Müəyyən olunub ki, “HYUNDAI” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarında dayanan “ZİL” markalı sudaşıyan avtomobilə çırpılıb. Sürücü deformasiyaya uğramış “HYUNDAI”də sıxılmış vəziyyətdə qalıb. Müxtəlif bədən xəsarətləri alan 1985-ci il təvəllüdlü Anar Sərdarov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. O, Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Sərnişin, Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Ceyhun Həsənov isə hadisə yerində ölüb. Faktla bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.