KepezTV Player
Bakıda sərnişin avtobusunun “drift” etməsi gündəm olub. “Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə “ISUZU” markalı sərnişin avtobusunun sürücüsünün dayanacaqda təhlükəli manevrlar etdiyi əks olunub. Məsələ ilə bağlı aidiyyəti şirkət açıqlama yayıb. Bildirilib ki, yanvarın 13-də hava şəraiti və yollardakı mövcud vəziyyətlə bağlı şirkətə məxsus avtobus parklarında sürücülərin təlimatlandırılması tədbirləri həyata keçirilib. Təlimdən sonra qaraj sürücülərindən biri marşrut avtobusu sürücülərinə nümayiş etdirilən manevr qaydalarını daha sərt formada həyata keçirərək lentə alıb və sosial şəbəkələrdə paylaşıb. Baş vermiş hadisə araşdırılıb və vəzifə öhdəliklərini pozan əməkdaş məsuliyyətə cəlb edilib.
- Baxış: 168