• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1480
— 13.01.2024 15:18

XİN: Avropa Şurası komissarının hesabatı fundamental reallıqları əks etdirmir

KepezTV Player

Avropa Şurasının insan hüquqları üzrə komissarının Ermənistan və Azərbaycana səfərindən sonra hazırlanmış hesabat təəssüf ki, Ermənistanın başlatdığı və Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı ilə nəticələnən münaqişənin təsirinə məruz qalmış bütün insanların ümumi insan hüquqlarının vəziyyəti ilə bağlı fundamental reallıqları həqiqi mənada əks etdirmir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin hesabata dair şərhində bildirilib. Qeyd olunub ki, Ermənistanın təcavüzü on minlərlə uşağı əsas insan hüquqlarından ciddi şəkildə məhrum edib. Regionda iki xalq arasında düşmənçiliyə səbəb olan belə dəlillərin komissarın müşahidələrində layiqincə işıqlandırılacağına ümid bəslənilirdi.