KepezTV Player
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Təşkilat Komitəsi sözü gedən tədbirlərin təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirməli, əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görməlidir. Nazirlər Kabinetinə Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etmək və digər zəruri məsələlərin həlli üçün tədbirlər görmək tapşırılıb.
- Baxış: 101